...

Sabunçu-Ramana avtomobil yolunun tikintisi yekunlaşıb (VİDEO/FOTO)

İqtisadiyyat Materials 27 Yanvar 2017 09:58 (UTC +04:00)
Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı yüksək keyfiyyətlə aparılan işlər yekunlaşıb.
Sabunçu-Ramana avtomobil yolunun tikintisi yekunlaşıb (VİDEO/FOTO)

Bakı. Trend:

Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı yüksək keyfiyyətlə aparılan işlər yekunlaşıb.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Bildirilir ki, işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və texnoloji ardıcıllığa riayət olunmaqla həyata aparılıb.

Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5.7 km, yolun hərəkət hissəsinin eni 9 metr, hər iki tərəfdə çiyinlərin (piyada səkiləri) eni isə 1.5 metr təşkil edir. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Daha sonra, yolun hərəkət hissəsində asfaltlanma işləri də başa çatdıdılıb. Asfaltlanma işləri zamanı yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə yolun təqribən 60 min m2 ərazisi asfaltlanıb.

Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1.5 metr enində piyada səkilərinin tikintisi və yol boyu 6426 paqon-metr yeni səki daşlarının düzülməsi işlərinə də yekun vurulub. Tikinti işləri tam bitdikdən sonra layihə üzrə nəzərdə tutulmuş və avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin ümumilikdə 8400 m hissədə piyada zolaqları, yolcizgi və yolgöstərici xətlərininin çəkilişi işləri də aparılıb.

Avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılıb. Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb, yük və sərnişin daşıması yaxşılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti