...

Ziyafət Əsgərov: Azərbaycan bu böhrandan demək olar ki yan keçdi (YENİLƏNİB)

İqtisadiyyat Materials 27 Yanvar 2017 10:13 (UTC +04:00)
Azərbaycan bu böhrandan demək olar ki yan keçdi.
Ziyafət Əsgərov: Azərbaycan bu böhrandan demək olar ki yan keçdi (YENİLƏNİB)

Bakı. Samir Əli, Ənvər Məmmədov - Trend:

Azərbaycan bu böhrandan demək olar ki yan keçdi.

Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən "İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri" adlı elmi-praktik konfransda deyib.

Z.Əsgərov qeyd edib ki, bu gün Azərbaycanın təhlükəsizlik sistemində gömrük sisteminin həqiqətən özünəməxsus yeri var: "İxrac-idxal əməliyyatlarının aparılmasında, eyni zamanda Azərbaycanda həyata keçirilən iqtisadi planların, iqtisadi göstəricilərin yerinə yetirilməsində bizim gömrük orqanlarının çox böyük rolu var".

Birinci vitse-spiker xatırladıb ki, bu yaxınlarda ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə iqtisadiyyatın müxtəlif sahələrinə dair yol xəritələri təsdiq olundu: "Bu yol xəritələrinin təsdiq olunmasında gömrük orqanlarının qarşısında çox böyük vəzifələr durur və mən əminəm ki, gömrük orqanları bunların öhdəsindən gələcək. Məsələn, Şimal-Cənub layihəsi, Türkiyə ilə dəmir yolu əlaqələrinin Gürcüstan vasitəsilə bərpa olunması layihəsində və ümumiyyətlə, bizim regionda hansı layihələr həyata keçirilirsə, hamısında gömrük orqanlarının mütləq öz payı var".

Z.Əsgərovun sözlərinə görə, ümumiyyətlə, iqtisadiyyatın təhlükəsizlik məsələsi hazırda Azərbaycanda aparıcı istiqamətlərdən biridir:

"Bilirsiniz ki, dünyada iqtisadi-ticari böhran hələ də davam edir. Azərbaycan bu böhrandan demək olar ki yan keçdi. Amma müəyyən nəticələri bizə də toxundu. Buna baxmayaraq, 2016-cı ili çox yüksək göstəricilərlə başa vurduq. Əminəm ki, 2017-2018-ci illərdə də Azərbaycan iqtisadiyyatı irəliləyən templərlə inkişaf edəcək və gələcəkdə gömrük orqanlarının və Azərbaycanın iqtisadi təhlükəsizlik sistemində xüsusi rol oynayan digər orqanların da inkişafını görəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti