...

Unibank Moody's beynəlxalq agentliyi ilə əməkdaşlığı dayandırıb

İqtisadiyyat Materials 7 Fevral 2017 10:40 (UTC +04:00)
Unibank Kommersiya Bankı ASC Moody's İnvestorlar Xidməti (Moody's Investors Service) ilə əməkdaşlığı dayandırıb.
Unibank Moody's beynəlxalq agentliyi ilə əməkdaşlığı dayandırıb

Bakı. Trend:

Unibank Kommersiya Bankı ASC Moody's İnvestorlar Xidməti (Moody's Investors Service) ilə əməkdaşlığı dayandırıb.

Bankdan Trend-ə verilən məlumata görə, kredit reytinqi xarici bazarlardan vəsaitlərin cəlbi zamanı tələb olunur. Bu gün daxili bazardan, xarici bazarlar ilə müqayisədə daha ucuz və kifayət qədər vəsait cəlb etmək mümkün olduğundan bahalı reytinqin saxlanılmasına ehtiyac yoxdur. Bu səbəbdən də Moody's ilə əməkdaşlıq dayandırılıb: “Əgər xarici bazarlardan vəsaitlərin cəlbi gündəmdə olarsa, biz yenidən əməkdaşlığı nəzərdə keçirəcəyik. Reytinq üçün “Moody's”a kifayət qədər böyük məbləğdə vəsait ödənilirdi. Həm reytinqə ehtiyacın olmadığını, həm də xərclərin optimallaşdırılmasını nəzərə alaraq agentlik ilə əməkdaşlığı dayandırmışıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti