...

Bank VTB (Azərbaycan)-ın idarə heyətində yeni təyinat

İqtisadiyyat Materials 7 Fevral 2017 13:26 (UTC +04:00)
Bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü vəzifəsinə risklər və monitorinq departamentinin direktoru Vadim Klimenko təyin edilib.
Bank VTB (Azərbaycan)-ın idarə heyətində yeni təyinat

Bakı. Trend:

Bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü vəzifəsinə risklər və monitorinq departamentinin direktoru Vadim Klimenko təyin edilib. Bankdan Trend-ə verilən məlumata görə, bu vəzifədə o, risklərin idarə olunması və problemli kreditlərə cavabdeh olacaq.

Vadim Klimenko fərqlənmə diplomu ilə Beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə Dövlət İqtisad Universitetini, eləcə də Biznesin İdarəedilməsi ixtisası üzrə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Hazırda iqtisadiyyat və maliyyə istiqamətində “Executive MBA” üzrə University of Chicago-da təhsilini davam etdirir.

2005-ci ildən Azərbaycanın iri banklarından birində maliyyə və risklərin idarəedilməsi departamentlərində rəhbər vəzifələrdə çalışıb. 2016-cı ildən isə VTB (Azərbaycan)-ın risklər və monitorinq departamentinə rəhbərlik edir.

Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti