...

Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

İqtisadiyyat Materials 8 Fevral 2017 10:32 (UTC +04:00)
Mərkəzi Bankının (AMB) hər birinin nominal dəyəri 100 (yüz) manat olan 500 000 (beş yüz min) ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100553S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

Bakı. Trend:

Yanvarın 30-da Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Azərbaycan Mərkəzi Bankının (AMB) hər birinin nominal dəyəri 100 (yüz) manat olan 500 000 (beş yüz min) ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100553S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, sözügedən notların tədavül müddəti 28 gündür.

Palata tərəfindən həmçinin, 6 fevral 2017-ci il tarixində AMB-nin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 500 000 (beş yüz min) ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100653S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Bu notların tədavül müddəti 29 gündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti