...

1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışı olub

İqtisadiyyat Materials 10 Fevral 2017 14:27 (UTC +04:00)
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 1 saylı poçt filialında aparılmış yenidənqurma işlərindən sonra yeni xidmət mərkəzinin açılışı olub.
1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışı olub

Bakı. Trend:

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən 1 saylı poçt filialında aparılmış yenidənqurma işlərindən sonra yeni xidmət mərkəzinin açılışı olub.

Naziurlikdən Trend-ə verilən məlumata görə, RYTN-nin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər poçt və telekommunikasiya binalarında yaradılan yeni xidmət mərkəzlərində təqdim ediləcək. "Şəbəkə" adlanan ilk xidmət mərkəzi Üzeyir Hacıbəyov 36 ünvanında yerləşən 1 saylı poçt filalında istifadəyə verilib.

Sahəsi 500 kv.m-dən çox olan mərkəz müasir standartlara uyğun əsaslı təmir olunub. Mərkəzdə son texnoloji tələblərə uyğun avadanlıqlar - müasir lazer printerlər, monoblok kompüterlər, özünəxidmət köşkləri, valyuta mübadiləsi və ödəmə terminalları, ATM, bank sistemində tətbiq olunan növbə aparatı (Q matik), tam yenilənmiş abunə qutuları quraşdırılıb, müasir tələblərə cavab verən çeşidləmə otağı yaradılıb. "Şəbəkə" xidmət mərkəzlərində bütün növ telekommunikasiya və poçt, bank və maliyyə xidmətlərinin təşkili də nəzərdə tutulub. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, əldə edilməsi, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzə müraciət edə bilər. Xidmətləri vahid məkanda cəmləməklə vətəndaşların vaxt itkisini aradan qaldırmaq, nağdsız ödənişlər üçün şərait yaratmaq mümkün olacaq.

"Şəbəkə" xidmət mərkəzlərin yaradılmasında əsas məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir. Müştəri məmnunluğunu təmin etmək üçün işçi heyətinə treninqlər keçirilib. İşə 60 nəfərdən çox əməkdaş cəlb olunub. Bakı şəhərində ilkin mərhələdə 10 xidmət mərkəzinin açılması nəzərdə tutulur. Hazırda Xəzər, Yasamal və Binəqədi rayonlarında Şəbəkə xidmət mərkəzlərinin açılması üçün təmir-tikinti işləri aparılır və yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulur. Gələcəkdə Respublikanın regionlarında "Şəbəkə" xidmət mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.

"Şəbəkə" mərkəzlərində istifadə olunan bütün proqram təminatı öz mütəxəssislərimiz tərəfindən hazırlanıb və müasir standartlara uyğundur. Mərkəzdə müştərilər həm də xüsusi özünəxidmət terminalından istifadə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti