...

"A-Qroup"un səhmləri qeydiyyata alınıb

İqtisadiyyat Materials 18 Fevral 2017 12:49 (UTC +04:00)
"A-Qroup Sığorta Şirkəti" ASC-nin qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1291 manat olan 7750 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1008006053 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
"A-Qroup"un səhmləri qeydiyyata alınıb

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "A-Qroup Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin (ASC) qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1291 manat olan 7750 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1008006053 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, səhmlər “A-Qroup Sığorta Şirkəti” ASC-niin qeydiyyat nömrəsi AZ1007006054 və hər birinin nominal dəyəri 1033 manat olan 7750 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti