...

Dərmanların satışı bu cür tənzimlənir

İqtisadiyyat Materials 18 Fevral 2017 17:16 (UTC +04:00)
Dərmanların qiyməti dolların məzənnəsindən asılı olacaq.
Dərmanların satışı bu cür tənzimlənir

Bakı. Trend:

Dərmanların qiyməti dolların məzənnəsindən asılı olacaq.

Trend Tarif (Qiymət) Şurasına istinadən xəbər verir ki, dərmanların qiymətləri aşağıda göstərilən qaydada müəyyən edilir.

Bu qaydalara görə, dərmanlar topdansatış şirkətlərinin aldığı qiymətə xüsusi əlavə edilməklə satılacaq. Topdansatış şirkəti dərmanın üstünə alış qiymətinin 20 faizindən artıq vəsait qoya bilməyəcək. Dərmanların qiyməti alış qiyməti artdıqca azalacaq.

Topdansatış şirkəti 5-20 manat qiymətin üzərinə 17 faiz, 20-50 manat qiymətin üzərinə 13%, 50-100 manat arasında dəyişdikdə isə 7 faiz əlavə edə bilər. 100 manatdan sonra isə topdansatış şirkəti yalnız 3 faiz əlavə edə bilər. Aptek (pərakəndəsatış) qiymətlərində ticarət marjası nisbətən yüksəkdir və 50 manata qədər dərmanlarda 20 faiz təşkil edir, 50-100 manat arasında 13 faiz, 100 manatdan artıq olduqda isə 11 faiz olacaq.

Yeni qaydalarla bu linkdən tanış ola bilərsiniz.

http://www.tariffcouncil.gov.az/documents/DVT.pdf

Məqalədə:
Xəbər lenti

Xəbər lenti