...

"Kapital Bank" rəhbərliyində YENİ TƏYİNATLAR

İqtisadiyyat Materials 20 Fevral 2017 10:25 (UTC +04:00)
"Kapital Bank"ın rəhbərliyində yeni təyinatlar olub.
"Kapital Bank" rəhbərliyində YENİ TƏYİNATLAR

Bakı. Trend:

"Kapital Bank"ın rəhbərliyində yeni təyinatlar olub.

Bankdan Trend-ə verilən məlumata görə, "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini, Baş Əməliyyat İnzibatçısı Fərid Hüseynov İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Həmçinin, Nahid Zeynalov "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı təyin edilib.

Qeyd edək ki, "Kapital Bank"ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov PAŞA Holdingin Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti