...

Azərbaycan Beynəlxalq Bankı manat depozitinin faizlərini artırdı

İqtisadiyyat Materials 20 Fevral 2017 14:32 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının depozit şərtləri müştərilər üçün daha da sərfəli olub.
Azərbaycan Beynəlxalq Bankı manat depozitinin faizlərini artırdı

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankının depozit şərtləri müştərilər üçün daha da sərfəli olub.

Bankdan Trend-ə verilən məlumata görə, indi manatla depozitləri Azərbaycan Beynəlxalq Bankında 13%-ə qədər illik faiz dərəcəsi ilə yerləşdirmək olar. Müştərinin istəyindən asılı olaraq faizlər aylıq, yaxud müddətin sonunda ödənilir. Müştəriyə Bankda yerləşdirdiyi depozitin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradılır.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı bu ilin əvvəlindən ABŞ dolları ilə depozitlər üzrə faiz dərəcəsini də 3,25%-ə qədər artırıb. Depozitlər Bankın bütün filiallarında qəbul olunur. Ətraflı: https://www.ibar.az/fiziki-sexslere/emanetler-uzre-faiz-dereceleri/

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının səhmlərinin əsas hissəsi Azərbaycan dövlətinə məxsusdur. Bank hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır.

Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti