...

Xəzərdə üzən təmizləyici stansiya yaradılır (FOTO)

İqtisadiyyat Materials 20 Fevral 2017 19:19 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Şamaxı” tankerinin təyinatı dəyişdirilir.
Xəzərdə üzən təmizləyici stansiya yaradılır (FOTO)

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Şamaxı” tankerinin təyinatı dəyişdirilir.

Qurumdan Trend-ə verilən məlumata görə, 1988-ci ildən sularda fasiləsiz neft və neft məhsulları daşıyan gəmi əsaslı təmir və yenidənqurmadan sonra təmizləyici stansiya kimi fəaliyyət göstərəcək.

Gəminin təmiri xüsusi layihə əsasında həyata keçirilir. Layihəyə əsasən, “Şamaxı”da yeni təyinatlı sistemlər quraşdırılacaq, saatda 7 kubmetr məhsuldarlığa malik iki buxar qazanı qoyulacaq ki, bu da tələbatı tam ödəyə biləcək. Onun gövdə və sualtı hissələri də təmir olunacaq. “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlərin yekununda “Şamaxı”nın rənglənməsi də nəzərdə tutulur.

Stansiya hərəkətsiz qalmayacaq, zərurət yarananda başqa limanlarda gəmilərə operativ xidmət göstərmək üçün üzə biləcək. Yəni, baş mühərrikləri işlək vəziyyətə gətiriləcək. Bu məqsədlə hazırda təmirlə paralel, sənədləşdirmə işləri də aparılır. Təmizləyici stansiyanın cari ilin iyulunda istifadəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əvvəllər də təmizləyici stansiyası olub. Həmin gəmi istismar müddətini başa vurduğundan yenisinə ehtiyac yaranıb. Köhnə təmizləyici stansiyanın da üstündən birdəfəlik xətt çəkilməyəcək. Belə ki, onun gələcəkdə muzeyə çevrilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti