...

VTB (Azərbaycan) xeyriyyəçilik fəaliyyətinə görə mükafat alıb (FOTO)

İqtisadiyyat Materials 21 Fevral 2017 12:48 (UTC +04:00)
Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev Bakı və Xəzəryanı Yeparxiya tərəfindən müqəddəs apostol Varfolomey medalı ilə təltif olunub.
VTB (Azərbaycan) xeyriyyəçilik fəaliyyətinə görə mükafat alıb (FOTO)

Bakı. Trend:

Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev Bakı və Xəzəryanı Yeparxiya tərəfindən müqəddəs apostol Varfolomey medalı ilə təltif olunub. Bankdan Trend-ə verilən məlumata görə, mükafat bankın xeyriyyəçilik fəaliyyəti və ictimai dəstək üçün reallaşdırılan layihələrdə fəal iştirakına görə verilib.

Xeyriyyəçilik fəaliyyəti VTB (Azərbaycan)-ın sosial-korporativ siyasətinin əsas hissəsidir. Bank səhiyyə, təhsil, mədəniyyət və idman sahəsində xeyriyyə və sponsorluq layihələrinin reallaşdırılmasına böyük əhəmiyyət verir.

Belə ki, bu yaxınlarda bank tərəfindən həyata keçirilən sosial layihələrdən biri “Ümid Yeri” sığınacağının uşaqları üçün kompüter sinfinin yaradılması olub. Bankın vəsaiti hesabına sinif otağı tam şəkildə təmir olunub və nəinki kompüter və printerlə, eləcə də tələb olunan mebellə də təmin edilib. Digər xeyriyyə layihəsi çərçivəsində VTB (Azərbaycan) tədris ili ərəfəsində aztəminatlı ailələrdən olan 100 uşağı lazımi məktəb ləvazimatı ilə təmin edib.

Bankın korporativ sosial siyasətində mədəni tədbirlərin, xüsusilə Rus Dram Teatrının tamaşa və qastrollarının dəstəyinə önəmli yer ayrılır. Eyni zamanda, VTB (Azərbaycan)-ın dəstəyi ilə 11 saylı internat-məktəbin şagirdləri dəfələrlə bu teatrın tamaşalarına gediblər.

Bundan başqa, bir neçə il ərzində VTB (Azərbaycan) ölkənin şahmat federasiyasını dəstəkləyib, Suraxanı rayonu Hövsan qəsəbəsindəki yeniyetmələr üçün basketbol dərnəyinə maliyyə yardımı edib. Xeyriyyə təşəbbüsləri çərçivəsində bankın kollektivi hər il talassemiya xəstəliyi olan uşaqlar üçün könüllü qanvermə aksiyaları təşkil edir.

Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.
Müqəddəs apostol Varfolomey medalı – Bakı və Xəzəryanı Yeparxiyasının kilsə mükafatıdır. Moskva və Bütün Rusiyanın patriarxı Kiril tərəfindən təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti