...

"AccessBank"dan iş adamlarına xüsusi təklif - "Biznesə 5D"

İqtisadiyyat Materials 22 Fevral 2017 11:09 (UTC +04:00)
AccessBank-dan iş adamlarına xüsusi təklif - “Biznesə 5D”. Nağdsız hesablaşmaları asanlaşdırmaq üçün Bank yeni imkanlar yaradır.
"AccessBank"dan iş adamlarına xüsusi təklif - "Biznesə 5D"

Bakı. Trend:

Daim sahibkarlara dəstək olan AccessBank nağdsız hesablaşmalarla bağlı yeni tələbləri nəzərə alaraq iş adamlarının ehtiyaclarına uyğun özəl təkliflər təqdim edir. Bankdan Trend-ə verilən məlumata görə, bu təkliflər həm fərdi sahibkarların, həm də hüquqi şəxslərin biznesinin aparılmasını əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

“Biznesə 5D“ adlı xüsusi təklifdən yararlanan müştərilər ümumilikdə 5 məhsul və xidməti pulsuz əldə edəcəklər:

Cari hesablar
Əməkhaqqı Layihələri
Müştərinin VÖEN hesabına bağlı Biznes Kart
Pos-terminal
Onlayn bankinq

Bu xidmətləri istifadə etməklə iş adamları banka gəlmədən 24/7 rejimində rahatlıqla nağdsız əməliyyatlarını həyata keçirə bilərlər. AccessBank fəaliyyətinin prioritet istiqamətlərindən biri olan korporativ bankçılığı daha da inkişaf etdirmək məqsədilə yaxın gələcəkdə yeni məhsul və xidmətlər təqdim edəcək.

Daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir və ölkə üzrə geniş filiallar şəbəkəsinə malikdir. Bankın beynəlxalq kredit reytinqi (EDR) dəyişilmədən Azərbaycan bankları arasında ən yüksək olan suveren BB+ səviyyəsində təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti