...

Lənkəran və Balakən sahibkarları üçün treninqlər keçirilib

İqtisadiyyat Materials 23 Fevral 2017 16:21 (UTC +04:00)
İstehsal müəssisələrində sahibkarlar üçün treninqlər keçirilib.
Lənkəran və Balakən sahibkarları üçün treninqlər keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda, Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Balakəndə fəaliyyət göstərən istehsal müəssisələrində sahibkarlar üçün treninqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “İstehsal sahələrinin idarə edilməsi”, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” mövzularını əhatə edən treninlərqdə istehsal sahələrində biznesin təşkili və səmərəli idarə edilməsi, brendləşmə, “Made in Azerbaijan” brendinin yaradılması, məhsulların keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi, investisiya layihəsinin (biznes planın) tərtib edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, tədbir iştirakçıları Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.

Treninqlərdə iştirakçılara həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunması barədə məlumat verilib.

Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti