...

Evinizdən və iş yerinizdən ayrılmadan plastik kart sifariş etmək istərdinizmi?

İqtisadiyyat Materials 24 Fevral 2017 12:34 (UTC +04:00)
Expressbank nağd pul vəsaitini cibdə gəzdirmək əvəzinə daha müasir və daha rahat vasitə olan bank kartlarını təklif edir.
Evinizdən və iş yerinizdən ayrılmadan plastik kart sifariş etmək istərdinizmi?

Bakı. Trend:

Expressbank nağd pul vəsaitini cibdə gəzdirmək əvəzinə daha müasir və daha rahat vasitə olan bank kartlarını təklif edir. Bankdan Trend-ə verilən məlumata görə, bu kartlarla nəinki vəsaitinizi təhlükəsiz şəkildə saxlaya, hətta ödənişlərinizi onlar vasitəsi ilə etməklə xərclərinizi gəlirə çevirmiş olacaqsınız.

Siz də Expressbankın plastik kartlarını sifariş etmək istəyirsinizsə evinizi və ya iş yerinizi tərk etmədən sadəcə bankın www.expressbank.az rəsmi saytında müvafiq bölmədə sifariş yerləşdirməyiniz yetərlidir. Kart sifariş edilən gündən etibarən 3 iş günü ərzində hazır olur. Kart hazır olduqda Sizə məlumat veriləcək və filiala dəvət olunacaqsız.

Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür.

Expressbankın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti