...

"Azpetrol Ltd" Caspian Energy Forum Baku-2017-nin partnyoru olub

İqtisadiyyat Materials 24 Fevral 2017 12:52 (UTC +04:00)
“Azpetrol Ltd” MMC 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) partnyoru olub.
"Azpetrol Ltd" Caspian Energy Forum Baku-2017-nin partnyoru olub

Bakı. Trend:

“Azpetrol Ltd” MMC 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) partnyoru olub.

Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, “Azpetrol Ltd” MMC sıralarında dünyanın 50 ölkəsindən olan biznesmenləri birləşdirən Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un fəal iştirakçısıdır.

“Azpetrol Ltd” MMC-nin baş direktoru Ceyhun Məmmədov region üçün Caspian Energy Forum-2017 kimi əhəmiyyətli tədbiri dəstəkləməyə hazır olduqlarını ifadə edib. Onun sözlərinə görə, şirkət uzun illər ərzində Klubu dəstəkləyir, CEİBC-nin keçirdiyi biznes-forumlarda fəal iştirak edir.

“Azpetrol Ltd” MMC bazarda 1997-ci ildən fəaliyyət göstərir. “Azpetrol Ltd” MMC ən müasir, beynəlxalq standartlara cavab verən benzindoldurma və qazdoldurma stansiyalar şəbəkəsinə sahib olan və Respublikada maye yanacaq satışı bazarında öz müştərilərinə yüksəksəviyyəli xidmət göstərən yerli şirkətdir.

Caspian Energy Forum-2017-də Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurum rəhbərləri, Azərbaycan Respublikasında akkreditə edilmiş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkətlərin başçıları iştirak edəcəklər. Forumun işinə dünyanın 50 ölkəsindən 500 deleqat qatılacaq.

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr ediləcək. İkinci sessiya Xəzər regionu ölkələrinin enerji sektorunun inkişafı mövzusunu əhatə edəcək. Üçüncü sessiya isə qeyri-neft sektorunda həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi ilə bağlı olacaq.

4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin partnyoru həmçinin «ASE EXPRESS & OCS, DSV» şirkətidir, sponsoru - “R.İ.S.K.” Elmi-İstehsalat Şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti