...

PAŞA Sığorta Şəkidə yeni nümayəndəliyin açılışını keçirib (FOTO)

İqtisadiyyat Materials 28 Fevral 2017 11:18 (UTC +04:00)
PAŞA Sığorta şirkəti Şəki şəhərində yeni nümayəndəliyin açılışını keçirib.
PAŞA Sığorta Şəkidə yeni nümayəndəliyin açılışını keçirib (FOTO)

Bakı. Trend:

Daima müştəri məmnuniyyətini və rahatlığını artırmaqda səylərini əsirgəməyən PAŞA Sığorta şirkəti fevral ayının 24-ü Şəki şəhərində yeni nümayəndəliyi müştərilərin xidmətinə verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, təntənəli açılış mərasimində “PAŞA Sığorta” ASC-nin departament və şöbə rəhbərləri, həmçinin yerli icra hakimiyyətinin rəhbər və məsul işçiləri iştirak edib. Müasir tələblərə tam cavab verən yeni nümayəndəlik Şəki şəhəri, Heydər Əliyev prospekti 4 ünvanında fəaliyyət göstərəcək.

Nümayəndəlik şəbəkəsinin genişlənməsi PAŞA Sığorta şirkətinin əsas inkişaf prioritetləri sırasındadır, əsas məqsəd isə tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir. Həmçinin, PAŞA Sığorta şirkəti yeni nümayəndəliyinin açılışı ilə əlaqədar kampaniya keçirir. Belə ki, 24 fevral-24 mart tarixlərində şirkətin Şəki nümayəndəliyinə yaxınlaşıb avtomobilin KASKO sığortasını və ya əmlakın könüllü sığortasını əldə etmək istəyən şəxslər 30% endirim qazanacaqlar.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti