...

Azər Türk Bank bayram endirimlərinə başladı

İqtisadiyyat Materials 28 Fevral 2017 13:55 (UTC +04:00)
8 Mart Beynəlxalq Qadınlar günü və Novruz bayramı münasibətilə Azər Türk Bank müştəriləri üçün yeni “Bayram endirimləri” kampaniyasına başlayıb.
Azər Türk Bank bayram endirimlərinə başladı

Bakı. Trend:

8 Mart Beynəlxalq Qadınlar günü və Novruz bayramı münasibətilə Azər Türk Bank müştəriləri üçün yeni “Bayram endirimləri” kampaniyasına başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, mart ayı boyunca, etibarlılıq müddətindən asılı olmayaraq, MasterCard Gold, MasterCard Platinum, MasterCard Business, Visa Gold və ya Visa Platinum debit kartları sifariş edən hər kəs 50 faiz həcmində endirim əldə edəcəkdir. Arzu edənlər bu kartları şəxsiyyəti təsdiq edən sənədlə bankın filial və şöbələrində, eləcə də www.azerturkbank.az saytından onlayn sifariş edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti