...

Azərbaycan İspaniyaya fındıq ixrac edəcək (FOTO)

İqtisadiyyat Materials 2 Mart 2017 14:23 (UTC +04:00)
Birləşmiş Ərəb Əmrliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində uğurlu danışıqlar davam edir.
Azərbaycan İspaniyaya fındıq ixrac edəcək (FOTO)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmrliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində uğurlu danışıqlar davam edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərgini ziyarət edənlər “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan meyvə və tərəvəz məhsullarına, çay və fındığa böyük maraq göstərir. Artıq sərgi çərçivəsində Azərbaycan şirkəti İspaniyanın Valensiya şəhərinə 128 ton fındıq ixracı ilə bağlı sifariş alıb və bu sahədə danışıqlara başlanılıb.

Bununla yanaşı, Səudiyyə Ərəbistanından olan iş adamları ilə yerli şirkətlər arasında görüş keçirilib, Azərbaycandan Səudiyyə Ərəbistanına ət və ət məhsullarının ixracı ilə bağlı danışıqlar aparılıb. Bu danışıqların nəticəsi olaraq birgə müəssisənin yaradılması məsələləri də müzakirə olunub. Bundan başqa, iş adamları arasında keçirilmiş görüşlərdə Azərbaycandan Küveytə nar şirələrinin, Dubaya isə quru süd məhsullarının ixracı barədə razılıqlar əldə olunub.

Şirkətlərimiz, həmçinin sərgi çərçivəsində təşkil olunmuş “Eurasia Export Briefing” tədbirində iştirak ediblər. Tədbirdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya imkanları və ixrac potensialı, yerli məhsullarımız barədə məlumat verib. AZPROMO və Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan iş adamları üçün ikitərəfli görüşlər də təşkil olunub.

Sərginin ilk günündən etibarən ziyarətçilərin və yerli KİV-in “Made in Azerbaijan” vahid ölkə stendinə marağı böyükdür. Belə ki, “Gulfood” sərgisinin televiziya kanalı Azərbaycan stendi və yerli məhsullarımızla bağlı süjet hazırlayıb.

128 kvadrat metrlik vahid Azərbaycan stendində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə yerli şirkətlərimizin meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş qida məhsulları təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti