...

Dövlət Komitəsindən daha bir yenilik: çıxarış və arxivlər elektronlaşdırılır (FOTO)

İqtisadiyyat Materials 3 Mart 2017 11:39 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsindən daha bir yenilik: çıxarış və arxivlər elektronlaşdırılır.
Dövlət Komitəsindən daha bir yenilik: çıxarış və arxivlər elektronlaşdırılır (FOTO)

Bakı. Trend:

Əmlak Məsələlərı Dövlət Komitəsi tərəfindən sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə daha bir yeniliyə imza atılıb.

Trend-in məlumatına görə, bu gün "Çıxarış və Arxivlərin Elektronlaşması" layihəsinin ictimai təqdimatı keçirilib.

Təqdimatda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev qeyd edib ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarışların və daşınmaz əmlakla bağlı arxivlərin elektron müstəviyə keçirilməsi Komitə tərəfindən atılan növbəti innovativ addımdir. Gələcəkdə reallaşaçaq bu yeniliyə əsasən əhaiiyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olacaq. Vətəndaş öz arzusuna görə çıxarışı elektron və ya kağız formada əldə edə biləcək. Əmlak sahibi çıxarışını almaq üçün müvafiq idarəyə getmədən, Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada əlda edə biləcək.

Qeyd edilmişdir ki, elektron çıxarışların tətbiqi ilk növbəda daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyatini minimuma endirir, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artınr. Həmçinin, digər dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır.

Artıq elektron çıxarışın tez bir zamanda tətbiqi ilə bağlı qanunvericilik aktlarında dəyişıklıklərin edilməsi, muasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə proqramlaşdırma və texniki işlərin həyata keçirilməsinə başlanılıb

Qeyd edilib ki, daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri elektron arxivin və rəqəmsal elektron məlumat bazasının yaradılmasıdır. Bu isə daşınmaz əmlakın qeydiyyatı və bununla bağlı digər xidmətlərin göstərilməsində vaxt itkisini aradan qaldırmağa, operativliyi dəfələrdə artırmağa imkan verir. Bununla əlaqədar olaraq Komitə tərətlndən elektron arxivin yaradılması istiqamətində də mühüm addımlar atılıb. Komitənin regional ofislərində daşınmaz əmlaklar üzərində əvvəllər yaranmış hüquqlar üzrə 1.5 milyondan artıq əmlaka dair kağız formada olan sənədlər və texniki sənədlərdə olan mətn malumatları elektronlaşdırılaraq Milli Qeydiyyat Sisteminin elektron məlumat bazasına daxil edilib. Milli Qeydiyyat Sisteminin vahid məlumat bazasının yaradılması və onun təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Xidmətin korporativ şəbəkəsi ən müasir avadanlıqlarla təchız olunmaqla yenidən qurulub. Korporativ şəbəkənin yenidən qurulması və vahid mərkəzdən idarə olunması nəticəsində komitənin daşınmaz əmlakın qeydiyyatını həyata keçirən 18 regional ofisinin məlumat bazası vahid məlumat bazasında birləşdirilib.

Bu layihənin reallaşdırılmasında başlıca məqsəd komitə tərəfindən əhaliyə göstərilən qeydiyyat xidmətlərində əlçatanlıq prinsiplərinin təmin olunması, vətəndaş məmnunluğunun artırılması, insan amilinin daha da gücləndirilməsi, əmlak sahiblərinə daha müasir və qənaətli xidmətlərin göstərilməsidir. Həmçinin bildirilib ki, komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində digər nailiyyətlər kimı, daşınmaz əmlakın qeydıyyatının maksimum sadələşdirilməsi, bütün fəaliyyət istiqamətlərində elektron xidmətlərin və "bir pəncərə" sisteminin tədbiqi, sosial yönümlü tədbirlərdən olan "kütləvi çıxarış" kampaniyalarının keçirilməsi, əhaliyə bu sahədə hüquqi yardımların göstərilməsi və "əmlakın qeydiyyatı kalkulyatorunun" istifadəyə verılməsini qeyd etmək olar.

Sonra "Çıxarış və Arxivlərin Elektronlaşdırılması" layihəsinin istifadəyə verilməsi ilə bağlı görüləcək işlərə dair təqdimat olub. Bildirilib ki, hazırda daşınmaz əmlakın qeydiyyatı prosesi vətəndaşdan hüquq müəyyən edici sənədlərin və ərizənin qəbul edilməsi, qeydiyyatın icrası və sənədlərin emalı, nəhayət, hazır sənədlərin vətəndaşlara verilməsi kimi üç mərhələdən ibarətdir. Bu mərhələlərdən artıq əvvəllər yaranmış hüquqlar, habelə təkrar bazarda huquqların qeydiyyatında sənədlərin qəbulu və icra prosesi tam olaraq etektron qaydada həyata kçirilir. Çıxarışın etektron verilməsi isə proseslərin sona qədər elektronlaşmasını təmin edəcək.

Tətbiq ediləcək layihəyə əsasən, çıxanş elektron qaydada təsdiq edilməklə Elektron Hökumət Portalı vasitasi ilə əmlak sahibinin şəxsi elektron kabinetində yerləşdiriləcək. Vətəndaş aidiyyəti dövlət qurumları, notariuslar və banklar da bu portal vasitəsi ilə həmin cıxarısla bağlı əməliyyatı aparacaq. Elektron imza ilə təsdiqləndiyi üçün çıxarışın elektron variantını bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə edəcək.

Vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə gəlmədən reyestrdən çıxarışı əldə edəcək. Bu da məmur vətəndaş-ünsiyyətini sıfır səviyyəsinə endirəcəyi kımi vətəndaşın vaxt itkisını və dövlət idarəsinə getməsini ortadan qaldıracaq. Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxacaq. Kagız çıxanşın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna ediləcək.

"Çıxarış və Arxivlərin Elektronlaşdırılması" layihəsinin icrası nəticəsində bu prosesin daha da optimallaşdırılması, maksimum sadələşdirilməsi, şəffaflığın və əhalinin əmlaklarını daha rahat və əlçatan şəraitdə qeydiyyatdan keçirməyə imkan yaradacaq. Bu isə öz növbasində daşmmaz ərnlakın qeydiyyatı sahəsində ölkəmizin Doing Business və digər bu kımi hesatlarda reytınq göstəricilərinin artmasına səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti