...

"Neft Daşları" yatağında yeni quyu istismara verilib

İqtisadiyyat Materials 3 Mart 2017 13:14 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 1637A nömrəli estakadayanı meydançadan 2650 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 1637A nömrəli estakadayanı meydançadan 2650 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1296-1290 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti