...

Qazaxda gənclər üçün treninq keçirilib

İqtisadiyyat Materials 10 Mart 2017 18:07 (UTC +04:00)
Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında gənclər üçün treninq keçirilib.
Qazaxda gənclər üçün treninq keçirilib

Bakı. Trend:

Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında gənclər üçün treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Biznes ideyanı yarat”, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı” mövzularında keçirilən treninqdə gənclərə biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları, brendləşmənin məhsul ixracının artırılmasında rolu, “Made in Azerbaijan” brendi və s. barədə məlumat verilib. Bununla yanaşı, treninq iştirakçıları İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiyası barədə məlumatlandırılıb.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti