...

"Expressbank"dan müştərilərinə Novruz müjdəsi!

İqtisadiyyat Materials 13 Mart 2017 13:12 (UTC +04:00)
"Expressbank"dan müştərilərinə Novruz müjdəsi!
"Expressbank"dan müştərilərinə Novruz müjdəsi!

Bakı. Trend:

"Expressbank"dan müştərilərinə Novruz müjdəsi! Expressbank Novruz bayramı ilə əlaqədar yeni əmanət kampaniyası elan edir.

Bankdan Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində milli valyutada olan bütün əmanətlər üzrə faiz dərəcələri artırılıb.

Vəsaitinizi “Klassik”, “Mücrü” və ya “Əlavə fürsət” əmanət növlərindən birinə yerləşdirməklə Siz pulunuzu həm yığmaq, həm də artırmaq imkanı əldə edirsiniz. Operativ xidmət, 17% faizədək yüksələn faiz dərəcələri və sərfəli şərtlər təklif edən "Expressbank" Sizin etibarlı və sabit gəlir mənbəyinizə çevriləcək.

Qeyd edək ki, bankda yerləşdirilmiş bütün əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi şərtlər çərçivəsində sığortalanır və əmanətin məbləğindən asılı olaraq bank tərəfindən müştərilərə pulsuz plastik kartlar hədiyyə olunur.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti