...

"Bank of Baku"nun bayram günlərində iş rejimi

İqtisadiyyat Materials 15 Mart 2017 11:46 (UTC +04:00)
"Bank of Baku"nun bayram günlərində iş rejimi
"Bank of Baku"nun bayram günlərində iş rejimi

Bakı. Trend:

Bayram günlərində də müştərilərinə xidmət göstərməkdə davam edəcək "Bank of Baku" Novruz bayramı münasibətilə bütün xalqımızı təbrik edir və iş rejimi ilə bağlı məlumatı onların diqqətinə çatdırır.

Bankdan Trend-ə verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsi əsasında Bankın aşağıdakı filialları 18-26 mart tarixləri arasında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:

Mərkəz filialı - Bakı ş., Azərbaycan pr., 3; (10:00 – 20:00 – dək (13:00-14:00 nahar fasiləsi))
Azneft filialı - Bakı ş., Neftçilər pr., 65 (10:00 – 20:00 – dək (13:00-14:00 nahar fasiləsi))
Səməd Vurğun filialı - Puşkin küç.12/14; (10:00 – 20:00 – dək (13:00-14:00 nahar fasiləsi))

Bayram günlərində müştərilər, qeyd olunan hər 3 filialda valyuta mübadiləsi əməliyyatı xidmətindən faydalana bilərlər.

Qeyd edək ki, qeyri-iş günlərində Bankın Bakıda və regionlarda fəaliyyət göstərən digər filialları və partnyor mağazaları da ödəniş terminalları vasitəsilə müştərilərin xidmətində olacaq.

Belə ki, müştərilər kredit və digər ödənişlərini bankın filiallarında 24/7 iş rejimində çalışan ödəniş terminalları və qırmızı “MilliÖn” və “eManat” ödəniş terminalları vasitəsilə, eləcədə, www.bankofbaku.com; www.e-pul.az; www.hesab.az saytları vasitəsi ilə həyata keçirə bilərlər.

Qeyd edək ki, bayram günlərində edilmiş bütün ödənişlər bankın əməliyyat proqramında ­­­27 mart 2017-ci il tarixində əks olunacaqdır.

Bank of Baku-nun filial və ödəniş terminalları şəbəkəsi haqqında ətraflı məlumatla Bankın http://www.bankofbaku.com/ rəsmi internet ünvanından tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti