...

“AtaBank” “Novruz xonçası” tədbirində iştirak edib (FOTO)

İqtisadiyyat Materials 15 Mart 2017 12:19 (UTC +04:00)
“AtaBank” ASC “Novruz xonçası” tədbirində iştirak edib.
“AtaBank” “Novruz xonçası” tədbirində iştirak edib (FOTO)

Bakı. Trend:

“AtaBank” ASC martın 14-də Mərkəzi Bankın təşəbbüsü ilə Park Bulvar Ticarət Mərkəzinin 1-ci mərtəbəsində keçirilən “Novruz xonçası” adlı tədbirdə iştirak edib.

Bankdan Trend-ə verilən məlumata görə, tədbirin məqsədi maliyyə savadlılığının əhali arasında ictimai dəyər kimi tanıdılması, bank məhsul və xidmətlərindən məsuliyyətlə yararlanmaq üçün onların ətraflı məlumatlandırılması idi. Əsas mövzulardan biri isə ödəniş kartları və nağdsız ödənişlərin üstünlükləri haqqında ətraflı məlumatın verilməsi idi.

“AtaBank” ASC-nin təşkil etdiyi ilaxır çərşənbəsi tədbiri ziyarətçilər, o cümlədən xarici qonaqlarımız tərəfindən yüksək rəğbətlə qarşılanıb.

“AtaBank” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankını maliyyə maarifləndirməsi istiqamətində gördüyü işləri hər zaman dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti