...

"Finex Kredit BOKT" ASC-nin istiqrazları qeydiyyata alınıb

İqtisadiyyat Materials 16 Mart 2017 12:38 (UTC +04:00)
“Finex Kredit BOKT” ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 100 ədəd faizli ipoteka istiqrazların buraxılışı AZ2009019244 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
"Finex Kredit BOKT" ASC-nin istiqrazları qeydiyyata alınıb

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Finex Kredit BOKT” ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 100 ədəd faizli ipoteka istiqrazların buraxılışı AZ2009019244 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, istiqrazların tədavül müddəti 24 ay, gəlirlik dərəcəsi isə 8%-dir. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

“Finex Kredit BOKT” ASC-nin həmçinin hər birinin nominal dəyəri 1000 manat olan 200 ədəd faizli ipoteka istiqrazlarının buraxılışı qeydiyyata alınıb. Qeydiyyat nömrəsi AZ2010019241 olan istiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazların tədavül müddəti 24 ay, gəlirlik dərəci isə 22% təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti