...

PAŞA Bank bayram günlərində də müştərilərə xidmət göstərəcək

İqtisadiyyat Materials 16 Mart 2017 13:44 (UTC +04:00)
Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank Novruz bayramı günlərində də öz müştərilərinə xidmət göstərəcək.
PAŞA Bank bayram günlərində də müştərilərə xidmət göstərəcək

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank Novruz bayramı günlərində də öz müştərilərinə xidmət göstərəcək.

Bankdan Trend-ə verilən məlumata görə, bayram və istirahət günləri Bankın aşağıdakı filialları fəaliyyət göstərəcək:

Əməliyyat və Nəzarət Departamentinin Xəzinə və qiymətlilərin daşınması şöbəsinin xəzinəsi (21 və 25 mart 2017-ci il tarixlərində, iş rejimi saat 10:00-dan 17:00-dək);
“Baş Ofis” biznes mərkəzinin xəzinəsi (21 və 25 mart 2017-ci il tarixlərində; iş rejimi saat 10:00-dan 17:00-dək);
“Port Baku” şöbəsinin xəzinəsi (21 və 25 mart 2017-ci il tarixlərində; iş rejimi saat 10:00-dan 17:00-dək);
“Bridge Plaza” şöbəsinin xəzinəsi (21, 23 və 25 mart 2017-ci il tarixlərində; iş rejimi saat 10:00-dan 17:00-dək)
“Gəncə” filialının xəzinəsi (23 və 25 mart 2017-ci il tarixlərində; iş rejimi saat 10:00-dan 17:00-dək).
Qərar Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyələrinə uyğun qəbul olunub.

Bank haqqında:
PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 450 çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir.

www.pashabank.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti