...

NIKOIL | Bank öz ənənələrinə sadiq qalır (FOTO)

İqtisadiyyat Materials 18 Mart 2017 14:34 (UTC +04:00)
NIKOIL | Bank öz ənənələrinə sadiq qalır (FOTO)

Bakı. Trend:

NIKOIL | Bank Novruz bayramına həsr olunmuş növbəti xeyriyyə aksiyasını keçirib. Bankdan Trend-ə verilən məlumata görə, Bilgəh qəsəbəsində yerləşən 11 saylı internat-məktəbinin valideyn himayəsindən məhrum olan 150 uşağı Azərbaycan Milli Dram teatrına dəvət olunub. Balaca tamaşaçılar bayram tamaşasından unudulmaz təəssüratlar alıblar. Novruz bayramının rəmzləri – Kosa, Keçəl və Bahar Qızı ilə yanaşı digər milli folklor qəhrəmanları uşaqları əyləndiriblər. Hər bir uşaq yaxşı əhval-ruhiyyə ilə birgə ənənəvi hədiyyə də alıb.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti