...

Beynəlxalq sığorta şirkəti öz portfelini “Günay Sığorta”ya ötürəcək

İqtisadiyyat Materials 29 Mart 2017 09:21 (UTC +04:00)
Ləğvetmə Komissiyası Beynəlxalq Sığorta Şirkətinin sığortalılarına müraciət edib
Beynəlxalq sığorta şirkəti öz portfelini “Günay Sığorta”ya ötürəcək

Bakı. Ənvər Məmmədov - Trend:

Ləğvetmə Komissiyası Beynəlxalq Sığorta Şirkətinin sığortalılarına müraciət edib.

Trend-in məlumatına görə, bu barədə “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin Ləğvetmə Komissiyasının ləğvetmə prosesində olan şirkətin sığortalıları üçün yaydığı bildirişində deyilir. Bildirişdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının 12 oktyabr 2016-cı il tarixində keçirilmiş növbədənkənar Ümumi Yığıncağında “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin fəaliyyətinə xitam verilməsi barədə qərarın qəbul edildiyi diqqətə çatdırılıb.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin bağladığı və hazırda qüvvədə olan sığorta müqavilələrinin “Günay Sığorta” ASC-yə ötürülməsi barədə qərar qəbul etdiyi bildirilib.

Ləğvetmə Komissiyası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə əsasən, bu haqda “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin sığortalılarını məlumatlandıraraq əlavə məlumata ehtiyac yarandığı təqdirdə komissiya ilə əlaqə saxlamağı tövsiyə edib: АZ1065, Bakı ş., C.Cabbarlı küç., 40C, "IIC Building" Tel: (99412) 596 22 02, Faks: (99412) 596 22 12 e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti