...

Ev sahibi olmaq üçün "Expressbank"a müraciət edin

İqtisadiyyat Materials 30 Mart 2017 11:19 (UTC +04:00)
"Expressbank"da Azərbaycan İpoteka Fondunun dəstəyi ilə ayrılmış ipoteka kreditlərinin verilməsi davam edir.
Ev sahibi olmaq üçün "Expressbank"a müraciət edin

Bakı. Trend:

"Expressbank"da Azərbaycan İpoteka Fondunun dəstəyi ilə ayrılmış ipoteka kreditlərinin verilməsi davam edir. Bankdan Trend-ə verilən məlumata görə, son 3 ay ərzində banka daxil olan müraciətlərin əksəriyyəti müsbət cavablandırılıb və müştərilər artıq ev sahibi olublar.

İpoteka kreditləri milli valyutada, daşınmaz əmlak girov qoyulmaqla 3 ildən 25 ilədək müddətə, illik faiz dərəcəsi 8% olmaqla verilir. Daşınmaz əmlakın dəyəri müstəqil qiymətləndirmə şirkətləri tərəfindən müəyyən olunur. İpoteka kreditləri üzrə maksimal məbləğ 100 000 manat təşkil edir. Bundan əlavə, ipoteka kreditinin məbləği, kredit verilən zaman alınacaq yaşayış sahəsinin bazar qiymətinin 70%-dən artıq olmamalıdır.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti