...

"Günəşli" yatağında 3 quyu istifadəyə verilib

İqtisadiyyat Materials 30 Mart 2017 12:53 (UTC +04:00)
"Günəşli" yatağında iki həftədə 3 quyu istifadəyə verilib.
"Günəşli" yatağında 3 quyu istifadəyə verilib

Bakı. Trend:

“Günəşli” yatağında iki həftə ərzində 19 nömrəli dərin dəniz özülündə 28 nömrəli quyu, 8 nömrəli dərin dəniz özülündə 288 nömrəli quyu, 13 nömrəli dərin dəniz özülündə isə 352 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, quyular ümumilikdə sutkalıq 150 ton neft və 100 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyularda istismar işləri birliyin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti