...

SOCAR işçilərin təxliyəsinə başladı

İqtisadiyyat Materials 30 Mart 2017 15:33 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində elan olunan qasırğa ilə əlaqədar bir sıra obyektlərdən işçilərin təxliyəsini həyata keçirir
SOCAR işçilərin təxliyəsinə başladı

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində elan olunan qasırğa ilə əlaqədar bir sıra obyektlərdən işçilərin təxliyəsini həyata keçirir.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, işçilərin təxliyəsi artıq başlayıb: “İş yerlərində yalnız operatorlar qalacaq. Bu yolla da neft və qaz hasilatı dayandırılmayacaq”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti