...

"Azəravtoyol" Salyan yolundakı çökmədən danışdı

İqtisadiyyat Materials 30 Mart 2017 15:45 (UTC +04:00)
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Bakı-Salyan avtomobil yolunda baş verən çökmə ilə bağlı açıqlama verib
"Azəravtoyol" Salyan yolundakı çökmədən danışdı

Bakı. Samir Əli - Trend:

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Salyan şossesinin "Sədərək" Ticarət Mərkəzinə yaxın ərazisində baş verən çökmə ilə bağlı açıqlama verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, həmin ərazidə bir müddət əvvəl də çökmə olub və ərazi bərpa edilib: "Həmin hissədə qurunt sularının ötürülməsi üçün boru var. Ola bilsin ki, həmin boruda sızma olub və çökmə hadisəsi baş verib. Amma, bu çökmə yolda avtomobillərin hərəkətinə heç bir problem yaratmır. Ərazidə yolun asfalt örtüyü təxminən 8-10 santimetr çöküb."

A.Nəcəfli bildirib ki, artıq "Azəravtoyol" əməkdaşları əraziyə baxış keçiriblər: "Hazırda həmin ərazidəki çökmənin aradan qaldırılması üçün əraziyə texnikalar gətirilir. Qısa müddətdə yol bərpa ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti