...

Cavid Qurbanov: Transxəzər dəhlizi üzrə vahid tariflər yaxın zamanlarda müəyyən ediləcək (YENİLƏNİB)

İqtisadiyyat Materials 1 Aprel 2017 14:14 (UTC +04:00)
Transxəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə yük daşımaları üçün vahid tariflər yaxın zamanlarda müəyyən ediləcək
Cavid Qurbanov: Transxəzər dəhlizi üzrə vahid tariflər yaxın zamanlarda müəyyən ediləcək (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Transxəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə yük daşımaları üçün vahid tariflər yaxın zamanlarda müəyyən ediləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, tariflər Ukraynanın bu dəhlizə qoşulmasını nəzərə almaqla müəyyənləşdiriləcək.

C.Qurbanov bildirib: “Bugünkü protokolun imzalanması ilə Ukrayna da rəsmi olaraq bu marşrutun üzvü olacaq. Və əgər bunadək marşrutun son məntəqəsi Batumi idisə, bundan sonra marşrut Ukrayna ərazisindən də keçəcək. Beləliklə də, tariflər bu amil nəzərə alinmaqla müəyyən ediləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti