Bakı. Trend:
93 çoxmərtəbəli binaya təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 2017-cı ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 93 çoxmərtəbəli binanın qazının açılması təmin olunub.
Bu isə ümumilikdə, 4903 mənzili əhatə edir.