...

Qazaxıstanlı rəsmilər Bakı sərnişin vağzalında olublar (FOTO)

İqtisadiyyat Materials 3 Aprel 2017 17:11 (UTC +04:00)
Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri çərçivəsində ölkəmizə gələn Qazaxıstan nümayəndə heyəti Bakı sərnişin vağzalına gəlib, yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Qazaxıstanlı rəsmilər Bakı sərnişin vağzalında olublar (FOTO)

Bakı. Trend:

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri çərçivəsində ölkəmizə gələn Qazaxıstan Baş nazirinin birinci müavini Askar Mamin, Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev Bakı sərnişin vağzalına gəlib, yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov burada aparılan əsaslı təmir işləri haqqında qonaqlara ətraflı məlumat verib. Bildirib ki, 1884-cü ilin əvvəllərində istifadəyə verilən Bakı sərnişin vağzalı Avropa və Şərq memarlıq elementlərinin üzvi surətdə qovuşduğu orijinal arxitektura kompleksidir.

C.Qurbanov qeyd edib ki, fevral ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı dəmir yolu vağzalında aparılan yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Qazaxıstanın Baş nazirinin birinci müavini Askar Mamin Bakı sərnişin vağzalında aparılan yenidənqurma işlərini yüksək qiymətləndirib. Eləcə də Askar Mamin Bakı sərnişin vağzalını Astana sərnişin vağzalı ilə müqayisə edib və hər iki vağzalın müasirlik baxımından üstünlüklərindən danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti