...

"Kapital Bank"ın rəhbərliyində yeni TƏYİNAT

İqtisadiyyat Materials 4 Aprel 2017 12:46 (UTC +04:00)
"Kapital Bank"ın səhmdarlarının bu gün növbəti yığıncağı keçirilib.
"Kapital Bank"ın rəhbərliyində yeni TƏYİNAT

Bakı. Trend:

"Kapital Bank"ın səhmdarlarının bu gün növbəti yığıncağı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:

- "Kapital Bank"ın Nizamnaməsi yeni redaksiyada, “Səhmdarların ümumi yığıncağının çağrılması və keçirilməsi Qaydaları”ı, “Hesablama Komissiyası haqqında Əsasnamə”, 2016-cı ilin yekunlarına dair maliyyə hesabatları, təsdiq edilib.

Eyni zamanda, bankın Müşahidə Şurasının Əsasnaməsinə əlavə və dəyişikliklər edilib. 2016-cı ilin maliyyə ilinin yekunlarına əsasən, səhmdarlara dividendlərin ödənilməsi barədə qərar qəbul edilib.

Məlumatda qeyd olunur ki, PAŞA Holdinqin Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini Fərid Məmmədov Müşahidə Şurasının üzvü təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti