...

Sahibkarlıqla məşğul olmaq istəyən gənclər üçün treninq keçirilib

İqtisadiyyat Materials 4 Aprel 2017 17:09 (UTC +04:00)
Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün treninq keçirilib.
Sahibkarlıqla məşğul olmaq istəyən gənclər üçün treninq keçirilib

Bakı. Trend:

Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Kənd təsərrüfatında logistika” və “Korporativ idarəetmə” mövzularını əhatə edən treninqdə logistikanın məqsədi, logistik mərkəzlərin yaradılması, Azərbaycan Respublikasının korporativ idarəetmə standartları, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri və s. barədə məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçıları Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb.

Tədbir çərçivəsində mövzulara dair təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti