...

"PAŞA Həyat"ın sığorta ödənişlərinin həcmi 27% artıb

İqtisadiyyat Materials 11 Aprel 2017 09:58 (UTC +04:00)
“PAŞA Həyat” cari ilin I rübünün nəticələrini açıqlayıb.
"PAŞA Həyat"ın sığorta ödənişlərinin həcmi 27% artıb

Bakı. Trend:

“PAŞA Həyat” cari ilin I rübünün nəticələrini açıqlayıb. Aktivlərinin ümumi həcminə görə Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2017-cı ilin yanvar-mart ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanan rüblük hesabatın nəticələrinə əsasən, cari ilin I rübündə “PAŞA Həyat” tərəfindən ümumilikdə 32,099 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,731 mln. manat və ya 50% çox olub.

Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 1,663 mln. manat və ya 27% artaraq 7,755 mln. manata çatıb.

Сari ilin aprel ayının 1-nə nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edən “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti