...

Bugünkü hərracın nəticələri açıqlanıb (FOTO)

İqtisadiyyat Materials 11 Aprel 2017 11:08 (UTC +04:00)
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.
Bugünkü hərracın nəticələri açıqlanıb (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, hərracda özəlləşdirilən əmlakların 3-ü kiçik dövlət müəssisə və obyekti, 7-si qeyri-yaşayış sahəsi, 1- isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən 5 istifadəsiz qeyri yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi paytaxtda yerləşir.

Bildirilir ki, regionlarda da hərraclar baş tutub. Regionlarda keçirilimiş hərraclarda 3 kiçik dövlət müəssisə və obyekti, 2 qeyri-yaşayış sahəsi özəlləşdirildi. Kiçik müəssisə və obyektlər Bərdə, Goranboy və Qazaxda, qeyri-yaşayış sahəsi isə Sumqayıt və Mingəçevirdə yerləşir.

Hərracda bəzi müəssisələr torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Torpaq sahələri ilə birlikdə özəlləşdirilən əmlaklar Bərdə rayonunda yerləşən Texniklər evi və eyni adlı müəssisənin Goranboyda olan qeyri-yaşayış binasıdır. Müvafiq olaraq özəlləşdirilən əmlakların sahəsi 1900 kv.m və 503 kv.m təşkil edir.

Paytaxtda özəlləşdirilən qeyri-yaşayış sahəsi Nizami, Nəsimi, Xətai olmaqla müxtəlif rayonlarda yerləşir. Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı, kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.

Qeyd edək ki, Komitə tərəfindən növbəti hərrac aprelin 18-də keçiriləcək. Hərraca ümumilikdə - 141 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisə və obyekti, 87 istifadəsiz qeyri-yaşayış sahəsi çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti