...

SOCAR brendli 25-ci yanacaqdoldurma məntəqəsi açılıb (FOTO)

İqtisadiyyat Materials 11 Aprel 2017 13:54 (UTC +04:00)
Bakının Nobel prospektində ''SOCAR PETROLEUM'' Qapalı Səhmdar Cəmiyyətinə məxsus ən yüksək standartlara cavab verən, SOCAR brendli yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub.
SOCAR brendli 25-ci yanacaqdoldurma məntəqəsi açılıb (FOTO)

Bakı. Trend:

Bu gün Bakının Nobel prospektində ''SOCAR PETROLEUM'' Qapalı Səhmdar Cəmiyyətinə məxsus ən yüksək standartlara cavab verən, SOCAR brendli yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bununla da respublikada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 25-ə çatıb. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.

SOCAR prezidenti R.Abdullayev yanacaqdoldurma məntəqənin rəsmi açılışını bildirən rəmzi lenti kəsib, Azərbaycan ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin aktiv şəkildə genişləndiyi qeyd edib və bunun ölkə əhalisinin sosial rifahının durmadan yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb.

Sonra SOCAR prezidenti və tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şərait, YDM-in strukturu, burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olublar. Bildirilib ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN” ödəniş terminalı, son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar quraşdırılıb, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib.

“Super”, “Premium”, A-92 (benzin) və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb, bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni vaxtda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Məntəqədə 40 nəfər işçi çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti