...

Xalq Bank nağdsız ödənişlər üzrə lider banklardan biridir

İqtisadiyyat Materials 12 Aprel 2017 13:17 (UTC +04:00)
Xalq Bank nağdsız ödənişlər üzrə lider banklardan biridir.
Xalq Bank nağdsız ödənişlər üzrə lider banklardan biridir

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Banklar Asossasiyasının birgə həyata keçirdiyi araşdırmalara əsasən, Xalq Bank 2016-cı ildə bankomat və POS-terminal şəbəkəsi, həmçinin, elektron ticarət şəbəkəsi vasitəsilə aparılan nağdsız əməliyyatların sayına və həcminə görə banklar arasında aparıcı yerlərdən birini tutub, “Nağdsız ödənişlər üzrə lider bank” və “Elektron ticarətin inkişafında lider bank” nominasiyaları üzrə banklar arasında ilk beşliyə daxil olub.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Hazırda Xalq Bankın ölkə üzrə fəaliyyət göstərən və tam spektrli bank xidmətini təqdim edən 28 filialı mövcuddur. Onlardan 8-i Bakıda, digər 20-si isə Azərbaycanın müxtəlif bölgələrində yerləşir. Bank müxtəlif növ əmanət, kredit, plastik kartlar və kart üzrə xidmətlər, köçürmələr kimi bank məhsullarını təqdim etməklə yanaşı, onlayn bankçılığın və nağdsız ödənişlər sisteminin inkişafına da önəm verir.

Ötən ildə olduğu kimi cari ildə də xidmət və məhsulların çeşidini artırmaq, həmçinin bankomat və POS-terminallar şəbəkəsini genişləndirmək Bankın əsas hədəfləri sirasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti