...

Nazir: BƏƏ Azərbaycanla ticarəti genişləndirmək niyyətindədir

İqtisadiyyat Materials 12 Aprel 2017 20:50 (UTC +04:00)
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadi əməkdaşlığının səviyyəsi iki ölkə arasındakı mövcud potensialı əks etdirmir.
Nazir: BƏƏ Azərbaycanla ticarəti genişləndirmək niyyətindədir

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadi əməkdaşlığının səviyyəsi iki ölkə arasındakı mövcud potensialı əks etdirmir.

Trend-in məlumatına görə, bunu BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuri aprelin 20-də Əbu-Dabidə keçiriləcək İqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı görüşü ərəfəsində deyib.

Nazir bildirib ki, iclasın gedişində tərəflər turizm, energetika, ətraf mühit və təbii resurslar sahəsində əməkdaşlığın artırılması məsələsini müzakirə edəcəklər: "Bu cür görüşlər ikitərəfli iqtisadi əlaqələr, investisiyalar və ticarətin dövlət başçılarının gözlədiyi səviyyədə inkişafı üçün yaxşı platformadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti