...

Qazaxda sahibkarlar üçün treninq keçirilib

İqtisadiyyat Materials 13 Aprel 2017 10:55 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninqi Qazaxda keçirib.
Qazaxda sahibkarlar üçün treninq keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninqi Qazaxda keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 12-də Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş treninq “Biznes ideyanı yarat” və “Korporativ idarəetmə” mövzularını əhatə edib.

Treninqdə sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlayanlara biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, Azərbaycan Respublikasının korporativ idarəetmə standartları, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri, onlar arasında qarşılıqlı münasibətlərin yaradılması və s. barədə məlumat verilib.

Bununla yanaşı, tədbir iştirakçıları Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti