...

Musiqi məktəblərinin Bakı Şopinq Festivalında iştirakı davam edir (FOTO)

İqtisadiyyat Materials 17 Aprel 2017 14:25 (UTC +04:00)
Bakı musiqi məktəblərinin Bakı Şopinq Festivalında iştirakları davam edir.
Musiqi məktəblərinin Bakı Şopinq Festivalında iştirakı davam edir (FOTO)

Bakı. Trend:

Bakı musiqi məktəblərinin Bakı Şopinq Festivalında iştirakları davam edir.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, həftə sonu Bakı Şopinq Festivalı çərcivəsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin uşaq musiqi və incəsənət məktəblərinin nağaraçalanlar ansamblları, rəqs kollektivləri və Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs qrupu “Park Bulvar”, “28 mall” və “Gənclik mall”da musiqi proqramları ilə çıxış ediblər. İfa olunan musiqi nömrələri turist və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, aprelin 10-dan mayın 10-dək davam edəcək Bakı Şopinq Festivalında Bakı Şəhər Mədəniyyət Və Turizm Baş İdarəsinin musiqi məktəbləri rəngarəng konsert proqramları ilə tədbirlərdə iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti