...

Qeyri-neft ixracatçılarının respublika müşavirəsi çərçivəsində sahibkarlarla müzakirələr aparılıb (FOTO)

İqtisadiyyat Materials 17 Aprel 2017 20:44 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzində qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.
Qeyri-neft ixracatçılarının respublika müşavirəsi çərçivəsində sahibkarlarla müzakirələr aparılıb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzində qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, müşavirənin 2-ci hissəsində Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, İqtisadiyyat naziri Şahin Mustafayev, Vergilər naziri Fazil Məmmədov, Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev ixracatçı sahibkarlarla görüşüblər.

Görüşdə toxumçuluğun inkişafı üçün torpaqların təyinatının dəyişdirilməsi, tingçilik təsərrüfatının yaradılmasına dəstək göstərilməsi, tara istehsalının təşkili, uyğunluq və gigiyenik sertifikatların daha uzun müddətə verilməsi, gömrük sahəsində regionlarda xidmətlər bazasının genişləndirilməsi, yerli istehsal məhsullarına kod verilməsi, xaricdə logistik mərkəzlərin yaradılması, bəzi nəqliyyat tariflərinə baxılması, şirkətlərarası əlaqələrin genişləndirilməsi, qablaşdırma üçün şüşə istehsalı, yeni gömrük və fitosanitar laboratoriyanın yaradılması və s. məsələlər barədə sahibkarların fikirləri və təklifləri dinlənilib, onlarla müzakirələr aparılıb və sualları cavablandırılıb.

Müvafiq qurumların rəhbərləri qaldırılan məsələlər barədə fikirlərini bildirib, təmsil etdikləri struktur bölmələrə tapşırıqlar veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti