...

AXA MBASK qazananlar klubu İstanbulda toplanıb (FOTO)

İqtisadiyyat Materials 18 Aprel 2017 09:26 (UTC +04:00)
AXA MBASK Sığorta Şirkətinin 2016-cı ilin yekunlarına görə, ən yüksək satış nəticələri göstərmiş sığorta agentləri, İdarə heyətinin üzvləri və şirkətin əməkdaşları ilə birlikdə İstanbula səyahət ediblər.
AXA MBASK qazananlar klubu İstanbulda toplanıb (FOTO)

Bakı. Trend:

AXA MBASK Sığorta Şirkətinin 2016-cı ilin yekunlarına görə, ən yüksək satış nəticələri göstərmiş sığorta agentləri, İdarə heyətinin üzvləri və şirkətin əməkdaşları ilə birlikdə İstanbula səyahət ediblər.

Şirkətdən Trend-ə verilən məlumata görə, 3 günlük səfər əsnasında, agentlər şəhərin müxtəlif tarixi yerlərini ziyarət edib, AXA SİGORTA-nın Baş Ofisində sığorta bazarının imkanları və cari problemlərinə həsr olunan işgüzar görüşlər də keçirilbər.

Görüşlərdə AXA MBASK və AXA SİGORTA Şirkətlərin rəhbərliyi, agentliklər şəbəkəsinin genişləndirilməsini, könüllü və icbari sığorta növlərinin satış həcmlərinin artırılmasına yönəldilmiş plan və strategiyaları, müştəriyə təqdim edilən xidmətin keyfiyyətini artırılması, habelə əməliyyat proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmasına dair sığorta agentlərinin təklifləri və layihələrini agentlərlə müzakirə edib, öz təcrübələri ilə bölüşüblər.

AXA Qrupun Qlobal strategiyasına uyğun olaraq, şirkətin illik gəlirin müəyyən hissəsi agentlərın inkişafına və motivasiyasına sərf olunur.

Bunun əsasında, şirkətdə, sığorta agentləri ilə münasibətlərin inkişaf etdirilməsi çərçivəsində ən effektiv motivasiya amillərini özündə birləşdirən, unikal bir motivasiya sistemi işlənib hazırlanmışdır. “AXA MBASK Qazananlar Klubunun” iclasları məhz həmin proqramın tərkib hissəsidir.
“Qazananlar Klubunun” iclasları hər il müxtəlif ölkələrdə keçirilir. Bu günə kimi Klub, Türkiyədən başqa, Şimali Kiprdə, Gürcüstanda və BƏƏ-də yığılmışdır. Növbəti yığıncaqları da xarici ölkələrdə keçirilməsi nəzərdə tutulub.

Satışların 70 %-dən artıq sığorta agentləri vasitəsi həyata keçirən AXA MBASK, sahibkarlıq prinsipinə uyğun olaraq öz portfelini quran sığorta agentlikləri şəbəkəsinə dəstək verməyə dəvam edir. Hal-hazırda, bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 100-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb.

Bu ildən başlayaraq isə, AXA MBASK Sığorta Şirkəti Azərbaycanda qadın sahibkarlığına dəstək verilməsi və onun inkişaf etdirilməsi məqsədilə, "Xanım agentlər" adlanan və yalnız qadınlar üçün nəzərdə tutulan yeni layihəyə başlayıb. Bu layihə çərçivəsində AXA MBASK sığorta fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara şirkətin brendi altında sığorta agentliyi açaraq öz bizneslərinə eksklusiv şərtlər ilə başlamaq imkanı təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti