...

Daha bir şirkət Bakı Şopinq Festvalına qoşulub

İqtisadiyyat Materials 18 Aprel 2017 09:33 (UTC +04:00)
“Soliton” mağazalar şəbəkəsində alış-veriş indi daha sərfəli oldu.
Daha bir şirkət Bakı Şopinq Festvalına qoşulub

Bakı. Trend:

“Soliton” mağazalar şəbəkəsi də Bakı Şopinq Festvalına (BŞF) qoşulub. “Soliton”un paytaxtımızda fəaliyyət göstərən 6 mağazası Bakı Şopinq Festivalının iştirakçı statusu alaraq, Azərbaycan vətəndaşlarına və şəhərimizin qonaqlarına aprelin 10-dan mayın 10-dək məşhur “Soliton” mağazalarında böyük güzəştlər təqdim edir.

Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan “Soliton”da mayın 10-dək bütün alınan mallara endirimlər təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq.

Bakı Şopinq Festivalı alıcıları “Soliton”un “Baku Shopping Festival – Tax Free” loqosu olan 6 mağazasında alış-veriş etməklə, öz büdcəsinə 40 faizdən çox qənaət etməyə dəvət edir.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BŞF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar: telefon: 0124982063, e-mail: [email protected], web: www.bakushopfest.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti