...

Dünyada ən çox satılan korporativ istiqrazlar

İqtisadiyyat Materials 18 Aprel 2017 13:22 (UTC +04:00)
Dünyada ən çox korporativ istiqraz satışı 2013-cü ildə 49 milyard dollar məbləğində dünyanın ən böyük komunikasiya texnologiyaları şirkəti olan “Verizon” tərəfindən həyata keçirilib.
Dünyada ən çox satılan korporativ istiqrazlar

Bakı. Trend:

Dünyada ən çox korporativ istiqraz satışı 2013-cü ildə 49 milyard dollar məbləğində dünyanın ən böyük komunikasiya texnologiyaları şirkəti olan “Verizon” tərəfindən həyata keçirilib. Həmin istiqrazların illik gəlirliyi 5.15% olub. Elə həmin il məşhur “Apple” şirkəti də 17 milyard dollar dəyərində istiqraz satıb. Amma “Apple”nin istiqrazlarının gəlirliyi illik 2.4% təşkil edib.

Bu barədə Trend-ə "SOCAR Capital"dan məlumat verilib.

İsrailin “Actavis” firması isə 2015-ci ildə 21 milyard dollar dəyərində, gəlirliyi 3% olan istiqraz buraxıb.

İstiqraz buraxılışının həcminə görə, 3-cü yeri Amerikanın telefon və teleqraf şirkəti olan "AT&T" tutur. Şirkət 2015-cı ildə illik 4,5% gəlirliklə 17.5 milyard dollarlıq istiqraz buraxılışı həyata keçirib.

Mənbə:https://www.theatlas.com/charts/NkxGaqJOx

Qeyd edək ki, dünya maliyyə bazarlarının inkişaf etməsi, ölkələrin və şirkətlərin iqtisadi vəziyyətinin yaxşılaşması nəticəsində son 20 ildə korporativ istiqrazların faiz həddlərində azalma müşahidə edilib. 1997-ci ildə dünyada hər istiqrazdan orta hesabla 6.97% mənfəət götürmək mümkün idisə, 2016-cı ildə bu göstərici 3.27% təşkil edilib.

Mənbə: ABŞ Xəzinədarlıq Departamenti

Xatırladaq ki, istiqrazlar müəyyən müddətə geri ödənilmək şərti ilə sahibinə nominal dəyərin müəyyən faizi nisbətində qazanc təmin edən borc sənədləridir. Korporativ istiqrazlar əsas olaraq maliyyə vəsaiti təmin etmək, müxtəlif layihələri və əməliyyatları icra etmək məqsədi ilə buraxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti