...

Sığorta vasitəçiliyi üzrə fəaliyyətinə lisenziya verilmiş şəxslərin adları açıqlanıb (SİYAHI)

İqtisadiyyat Materials 18 Aprel 2017 15:45 (UTC +04:00)
13-31 mart 2017-ci il tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.
Sığorta vasitəçiliyi üzrə fəaliyyətinə lisenziya verilmiş şəxslərin adları açıqlanıb (SİYAHI)

Bakı. Trend:

13-31 mart 2017-ci il tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 15 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub. Ən yüksək nəticə 93 bal olub.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Attestasiyadan müvəffəqiyyətlə keçən şəxslər barədə məlumat

Sıra №

Soyad, ad, atasının adı

Topladığı bal

1

Məmmədov Elsevər Afaqil oğlu

93

2

Hüseynova Leyla İlqar qızı

93

3

Bağırova Billurə İsmayıl qızı

92

4

Səfərov Rəşad Səfər oğlu

90

5

Nəsir-zadə Aydın Etimad oğlu

86

6

Babaliyev Eldar Məhəmmədrəhim oğlu

86

7

Əfəndiyeva Jalə Məmmədəli qızı

86

8

Zöhrabov Hatəm Zöhrab oğlu

85

9

Mirzəyev Tural Mirzəcan oğlu

82

10

Zeynalov Fərid Ehtiram oğlu

81

11

Qulu-zadə Yusif Cahid oğlu

76

12

İslamov Rasim Fazil oğlu

73

13

Aşurova Ruqiyyə Mirsaqulu qızı

73

14

Dövlətov Tarverdi Ərəbxan oğlu

72

15

İbrahimova Aytac Elşad qızı

70

Məqalədə:
Xəbər lenti

Xəbər lenti